Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi İsa Məmmədlinin üçüncü ildönümü qeyd olunub

15 noyabr 2023 | 16:49
   Bu gün İmişli şəhərində 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb şəhid olan Məmmədli İsa Sarı oğlunun 3-cü ildönümü qeyd edilib. Mərasimdə şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad edilib, ruhuna dualar oxunulub, valideynlərinə dərin hüznlə başsağlığı verilib. Mərasim zamanı icra başçısı qeyd edib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında sıx birləşən və döyüş meydanında igidlik göstərən İsa kimi qəhrəman oğullarımızın sayəsində xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. O, həmçinin qazandığımız tarixi Qələbəyə görə Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, vətənpərvər oğullarımıza borclu olduğumuzu bildirərək xalqın qüruru, fəxri olan bütün şəhidlərimizin xatirələrinin daim əziz tutulacağını vurğulayıb.
    Allah rəhmət eləsin!
Keçidlər