Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi İsa Məmmədlinin beşinci ildönümü qeyd olunub

15 noyabr 2025 | 14:07
   Bu gün İmişli şəhərində 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb şəhid olan Məmmədli İsa Sarı oğlunun beşinci ildönümü qeyd edilib. Mərasimdə şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad olunub, ruhuna dualar oxunub və valideynlərinə dərin hüznlə başsağlığı verilib. Mərasimdə vurğulanıb ki, 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” ətrafında sıx birləşən və döyüş meydanında igidlik göstərən qəhrəman oğullarımızın sayəsində xalqımızın 30 illik yurd həsrətinə son qoyulub. Həmçinin qeyd edilib ki, qazandığımız tarixi Qələbəyə görə Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə və vətənpərvər oğullarımıza borcluyuq və xalqımızın qüruru olan bütün şəhidlərin xatirəsi daim əziz tutulacaq.
    Allah rəhmət eləsin!
Keçidlər