Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi İsa Məmmədlinin 6-cı ildönümü qeyd olunub

15 noyabr 2026 | 18:21
   Noyabrın 15-də İmişli şəhərində 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb şəhid olan Məmmədli İsa Sarı oğlunun 6-cı ildönümü qeyd edilib. Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin, YAP İmişli rayon təşkilatının məsul işçiləri, şəhidimizin doğmaları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad olunub, ruhuna dualar oxunub və valideynlərinə dərin hüznlə başsağlığı verilib.
   Mərasim iştirakçıları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan şanlı Qələbədən söz açıblar. Qəhrəman şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətdən danışan iştirakçılar illər keçsə də İsa kimi qəhrəmanlarımızın unudulmayacağını vurğulayıblar. Sarı Məmmədli şəhid atası kimi oğlunun xatirəsinin daim yad olunmasını İsanın simasında şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib, hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılığını ifadə edib.
   Allah rəhmət eləsin!
Keçidlər