Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Əmrah Səfərlinin 4-cü ildönümü qeyd olunub

18 noyabr 2024 | 16:14
   Noyabrın 18-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul işçiləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş Səfərli Əmrah Çingiz oğlunun 4-cü ildönümü münasibəti ilə ailəsini ziyarət ediblər. Şəhidimizin ildönümündə əziz xatirəsi böyük ehtiramla yad edilib, ailəsinə səbir dilənib.
  Mərasim zamanı iştirakçılar Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar. Bildirilib ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Şəhidimizin ailə üzvləri xüsusi qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər