Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Emin Süleymanovun ildönümü qeyd olunub

13 noyabr 2023 | 16:11
  Xalqımızın tarixinə qızıl hərflərlə yazılmış şanlı Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş oğullarımızdan olan mayor Süleymanov Emin Bəhmən oğlunun bu gün şəhidlik zirvəsinə ucalmasından 3 il ötür. Bu münasibətlə rayonun Xubyarlı kəndində şəhidimizin ildönümü mərasimi keçirilib. Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
   Mərasim zamanı icra başçısı şəhidimizə Allahdan rəhmət, ailəsinə isə səbir diləyib. Qeyd olunub ki, illər ötsə də şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır. Vətənimizin ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, düşmən tapdağında qalan torpağımızı canından keçərək azad edən oğullarımızla hər zaman qürur duyulacağı bildirilib. Şəhid ailələrinə göstərilən qayğıya görə isə razılıqlarını bildirən şəhidimizin ailə üzvləri prezident cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər