Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Elgün Həsənovun beşinci ildönümü qeyd olunub

24 noyabr 2025 | 17:22
   Vətən uğrunda şəhid olmağı özünə şərəf bilən qəhrəman oğullarımızın yoxluğundan artıq 5 il ötür. Bu gün Vətən müharibəsində şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən Həsənov Elgün Əli oğlunun şəhadətinin beşinci ildönümü qeyd olunub. Bu münasibətlə şəhidin ailəsinin yaşadığı Bəhrəmtəpə qəsəbəsində ildönümü mərasimi keçirilib. Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirov, RİH-nin məsul işçiləri, şəhidimizin doğmaları və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim zamanı vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad olunub, ruhuna dualar oxunub, ailə üzvlərinə səbir dilənilib. Vətənimizin ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, düşmən tapdağında qalan torpağımızı canından keçərək azad edən oğullarımızla hər zaman qürur duyulacağı bildirilib. Şəhidimizin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya görə razılıqlarını bildiriblər.
    Allah rəhmət eləsin!
Keçidlər