Vətən müharibəsi şəhidi Elgün Həsənovun 4-cü ildönümü qeyd olunub
Vətən uğrunda şəhid olmağı özünə şərəf bilən qəhrəman oğullarımızın yoxluğundan artıq 4 il ötür. Bu gün Vətən müharibəsində şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən Həsənov Elgün Əli oğlunun şəhadətinin dördüncü ildönümü qeyd olunub. Bu münasibətlə şəhidin ailəsinin yaşadığı Bəhrəmtəpə qəsəbəsində ildönümü mərasimi keçirilib. Mərasimdə İmişli RİH başçısının birinci müavini Mirzə Quliyev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, RİH-nin məsul işçiləri, şəhidimizin doğmaları, yaxınları iştirak ediblər. Mərasim zamanı vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad olunub, ruhuna dualar oxunub, ailə üzvlərinə səbir dilənilib. Vətənimizin ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, düşmən tapdağında qalan torpağımızı canından keçərək azad edən oğullarımızla hər zaman qürur duyulacağı bildirilib. Şəhidimizin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya görə razılıqlarını bildiriblər.
Allah rəhmət eləsin!