Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Elgün Həsənovun 3-cü ildönümü qeyd olunub

24 noyabr 2023 | 18:52
    Vətən uğrunda şəhid olmağı özünə şərəf bilən qəhrəman oğullarımızın yoxluğundan artıq 3 il ötür. Bu gün Vətən müharibəsində şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən Həsənov Elgün Əli oğlunun şəhadətinin üçüncü ildönümü qeyd olunub. Bu münasibətlə şəhidin ailəsinin yaşadığı Bəhrəmtəpə qəsəbəsində ildönümü mərasimi keçirilib. Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İcra Hakimiyyətinin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Mərasim zamanı vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad olunub, ruhuna dualar oxunub, ailə üzvlərinə səbir dilənilib. Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan icra başçısı həmin qələbədə payı olan Elgün kimi qəhrəman oğullarımızla hər zaman fəxr edildiyini bildirib.
    Allah rəhmət eləsin!
Keçidlər