Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Elçin Quliyevin xatirəsi anılıb

10 oktyabr 2023 | 12:25
  Oktyabrın 10-da Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan, İmişli rayonunun Məzrəli kəndindən olan Quliyev Elçin Etibar oğlunun 3-cü ildönümü mərasimi qeyd olunub. Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul işçiləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
   Mərasim zamanı çıxış edən icra başçsısı şəhidimizin ailə üzvlərinə başsağlığı verib, Allahdan onlara səbir diləyib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açılıb. Qüdrətli ordumuz, qəhrəman oğullarımız sayəsində üçrəngli bayrağımızın respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmasından hər bir azərbaycanlının qürur duyduğu vurğulanıb. Həmçinin şəhidimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, əziz xatirəsi böyük ehtiramla yad edilib, xatirəsinin qəlblərdə əbədi yaşayacağı qeyd olunub.
 
   Allah rəhmət eləsin!
Keçidlər