Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Cavidan Məmmədlinin ildönümü qeyd olunub

13 fevral 2025 | 13:09
   Fevralın 13-də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanımız Cavidan Məmmədlinin 4-cü ildönümü ailəsinin yaşadığı ünvanda qeyd olunub. Mərasimdə şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Mərasim zamanı vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, ruhuna dualar oxunub. Qeyd edilib ki, şəhidlərimizin əziz xatirələri bundan sonra da daim əziz tutulacaq və illər keçsə də qəhrəmanlarımız unudulmayacaq.
    Allah rəhmət eləsin!
Keçidlər