Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Cavid Səfərlinin 3-cü ildönümü qeyd olunub

17 noyabr 2023 | 12:55
  44 günlük Vətən müharibəsinin igid qəhrəmanlarının hər biri, şanlı tarix yazan şəhidlərimiz əbədi olaraq qəlblərdə özlərinə yer tutub. Onlar hər an xatırlanır və xatırlanmalıdır. Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən igid oğullarımızdan olan baş leytenant Səfərli Cavid Xaliq oğlunun əziz xatirəsi şəhidlik zirvəsinə ucalmasının üçüncü ildönümündə də anılıb. Şəhidimizin ildönümü mərasimində şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Mərasim iştirakçıları Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıblar. Üçrəngli bayrağımızın respublikamızın bütün bölgələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalandığını vurğulayıblar. İllər ötsə belə Azərbaycan xalqının tarixi Qələbənin müəllifi olan Ali Baş Komandanı, Şəhidlərimizi, qazilərimizi heç zaman unutmayacağı qeyd edilib. Şəhidimizin ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.
   Allah rəhmət eləsin!
Keçidlər