Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Cahid Əsədlinin 3-cü ildönümü qeyd olunub

21 oktyabr 2023 | 14:56

  Oktyabrın 21-də Vətən müharibəsində şəhid olmuş Əsədli Cahid Zahid oğlunun şəhadətə yüksəlməsinin 3-cü ildönümü qeyd olunub. Bu münasibətlə şəhidin doğulub-böyüdüyü və ailəsinin yaşadığı İmişli rayonunun Sarıxanlı kəndində il mərasimi keçirilib. İmişli RİH-nin məsul işçiləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri qəhrəman şəhidimizin ildönümündə əziz xatirəsini dərin ehtiramla yad ediblər, ailəsinə səbir diləyiblər. Mərasim iştirakçıları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən söz açıblar. Qəhrəman şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətdən danışan iştirakçılar illər keçsə də Cahid kimi qəhrəmanlarımızın unudulmayacağını vurğulayıblar. Zahid Əsədli şəhid atası kimi oğlunun xatirəsinin daim yad olunmasını Cahidin simasında şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib, hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılığını ifadə edib.


  Allah rəhmət eləsin!

Keçidlər