Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü böyük ehtiramla yad edilib
10 may 2025 | 11:09
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür. Bununla əlaqədar İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Səyyad Salahlı, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə kollektivləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və rayon sakinləri İmişli şəhərinin Heydər Əliyev adına istirahət parkında ucaldılmış abidəsini ziyarət edərək önünə tər güllər düzüb, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Bununla yanaşı, Heydər Əliyev adına istirahət parkında quraşdırılmış böyük elektron bilbordda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar gün ərzində mütəmadi nümayiş etdirilib. Bu videoçarxlar sakinlər tərəfindən böyük maraq və qürur hissi ilə izlənilib.