Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

13 dekabr 2024 | 09:55

   İmişli Rayon İcra Hakimiyyətinin və Mil-Muğan regional Gənclər və İdman idarəsinin İmişli rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “12 dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü” ilə əlaqədar dəyirmi masa keçirilib. Öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla anılıb. İmişli rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə fotosərgiyə baxış keçirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin, Mil-Muğan regional Gənclər və İdman idarəsinin İmişli rayonu üzrə gənclər və idman sektorunun məsul işçiləri, rayon təhsil sektorunun, idarə və müəssisələrin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər, ölkəmizdə müstəqilliyimizin qorunub saxlanılması və beynəlxalq aləmdə nüfuz əldə etməsi, həmçinin mötəbər beynəlxalq təşkilatlara üzv olmasının təməlində Ulu Öndərin uzaqgörən siyasətini diqqətə çatdırıblar. Bildirilib ki, Ümummilli Lider insanların həyat yoluna işıq saçan təfəkkür və mənəviyyat sahibi olmaqla qəlblərdə daim yaşayacaq. Qeyd olunub ki, müasir Azərbaycan tarixinin bir çox parlaq səhifələri, heç şübhəsiz ki, Heydər Əliyevin adı ilə, onun irimiqyaslı və çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bağlıdır. Bu gün Ulu Öndərin yolu onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir və ölkəmiz inamla irəli aparılır. Tədbirin sonunda Ümummilli Liderin həyatından və siyasi fəaliyyətindən bəhs edən “Xilaskar ömrü” sənədli filmi nümayiş edilib.

Keçidlər