Şriftin ölçüsü :

Saytın rəngi :

Telişli kəndində vətəndaşlarla səyyar görüş keçirilib

24 avqust 2023 | 19:13
  İmişli rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə kəndlərdə rayon icra hakimiyyəti başçısının mütəmadi olaraq səyyar qəbul-görüşləri keçirilir. Növbəti səyyar qəbul-görüş Telişli və Allahmədətli kənd sakinləri ilə keçirilib. Səyyar qəbulda icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbər işçiləri də iştirak ediblər.
  Səyyar görüşü giriş sözü ilə açan rayon icra başçısı prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı quruculuq işləri, icra olunan qlobal layihələr, aparılan qətiyyətli islahatlar, həmçinin sosial–iqtisadi sahədə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. Sonra icra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib. Kənd sakinləri öz çıxışlarında respublikamızda diqqəti cəlb edən sosial-iqtisadi inkişafdan böyük fəxr duyduqlarını dərin razılıq hissi ilə bildirərək dövlət başçımızın İmişli rayonuna göstərdiyi xüsusi diqqət və qayğını yüksək qiymətləndiriblər.
Keçidlər