Şriftin ölçüsü :

Saytın rəngi :

Telişli kəndində 17.06.2025-ci il tarixdə vətəndaşlarla səyyar görüş keçirilib

17 iyun 2025 | 18:37
    Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə Telişli kəndində növbəti səyyar qəbul keçirib. Qəbulda Telişli kənd sakinləri ilə yanaşı icra nümayəndəliyini əhatə edən Allahmədətli kəndinin sakinləri də iştirak ediblər.
   Qəbul başlamamışdan öncə icra başçısı çıxış edərək sakinləri salamlayaraq bildirib ki, yerlərdə səyyar qəbulların keçirilməsində məqsəd vətəndaşların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə qaldırılan məsələlərin ədalətli həllinə nail olunması ilə bağlıdır. Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Hər bir vətəndaşın müraciəti qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib.
Keçidlər