Su ehtiyatlarından səmərəli istifadə, innovativ sutəmizləmə texnologiyalarının tətbiqi və su təsərrüfatı idarəçiliyində yerli qurumların rolunun artırılması istiqamətində İmişli rayonunda görülən tədbirlər
Su ehtiyatlarından səmərəli istifadə, innovativ sutəmizləmə texnologiyalarının tətbiqi və su təsərrüfatı idarəçiliyində yerli qurumların rolunun artırılması istiqamətində İmişli rayonunda görülən tədbirlər
Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli, 320 nömrəli “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın müvafiq bəndlərinin icrası çərçivəsində İmişli rayonunda su ehtiyatlarının idarə olunması, sudan qənaətli istifadə və müasir texnologiyaların tətbiqi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilmişdir.Strategiyanın 9.3.4.1 və 9.3.4.3 -cü bəndinə uyğun olaraq İmişli rayonunda sudan səmərəli və qənaətli istifadə olunmasında istehlakçıların iştirakının təşviqi mövzusunda görüş təşkil olunmuşdur. Tədbirdə içməli su təchizatı, yağış və tullantı sularının qiymətləndirilməsi, su təsərrüfatı obyektlərinin tikintisi və yenidən qurulması, suvarma suyu təchizatı sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilmişdir. İstehlakçıların məlumatlılığının artırılması məqsədilə su ehtiyatlarının qorunması, səmərəli idarə olunması və mütərəqqi suvarma texnologiyalarının tətbiqi barədə geniş fikir mübadiləsi aparılmışdır.Strategiyanın 9.4.3.3-cü bəndinə əsasən İmişli rayonunda innovativ sutəmizləmə və zərərsizləşdirmə texnologiyalarından istifadənin genişləndirilməsi ilə bağlı tədbir keçirilmişdir. Beynəlxalq təcrübə nəzərə alınmaqla içməli su üçün müasir təmizləyici və zərərsizləşdirici qurğuların modernləşdirilməsi, texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması, eləcə də suyun keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi istiqamətində görüləcək işlər müzakirə olunmuşdur.Həmçinin, Strategiyanın 9.2.1.3-cü bəndinə uyğun olaraq İmişli rayonunda su təsərrüfatlarının idarə edilməsində bələdiyyələrin rolunun artırılması və Sudan İstifadəedənlər Birliklərinin (SİB) fəaliyyətinin təkmilləşdirilməsi mövzusunda iclas keçirilmişdir. İclasda rayon icra hakimiyyəti, Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi, Aqrar İnkişaf Mərkəzi, SİB rəhbərləri və bələdiyyə sədrləri iştirak etmişdir. Su resurslarının idarə olunmasında koordinasiyanın gücləndirilməsi, SİB-lərin institusional inkişafı, su təminatının yaxşılaşdırılması, mövcud problemlərin həlli və fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində təkliflər səsləndirilmişdir.






