Şriftin ölçüsü :

Saytın rəngi :

“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

04 iyul 2022 | 18:58

İyulun 2-də İmişli rayonunun Mirili kəndində başlıca məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin gənclər üçün yaratdığı imkan və xidmətlərin, o cümlədən məşğulluq, sahibkarlıq, təhsil, innovasiyalar, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən proqramların kəndlərdə yaşayan gənclər üçün əlçatanlığının daha da artırılması olan “Səyyar Gənclər Xidməti” çərçivəsində gənclərin maraqlarını əhatə edəcək müxtəlif mövzular üzrə təlimlər, şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər mövzularda açıq hava şəraitində təlimlər keçirilib, gənclərə praktiki şəkildə "CV" yazılma qaydası göstərilib.

Bununla yanaşı, əyləncə proqramları təşkil edilərək, gənclər arasında müxtəlif intellektual və idman yarışları təşkil olunub.

Keçidlər