Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 5-də Mirili kəndində sakinlərlə səyyar görüş keçirilib

05 sentyabr 2023 | 18:14

     Əhalinin problemlərinin yerində həlli məqsədilə növbəti səyyar qəbul-görüş təsdiq olunmuş qrafikə uyğun olaraq bu gün rayonun Qaravəlili və Mirili kənd sakinləri ilə keçirilib. Səyyar qəbulda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, rayonun hüquq-mühafizə orqanlarının və əlaqədar xidmət təşkilatlarının rəhbər işçiləri, həmçinin sakinlər iştirak ediblər. 
   Qəbul zamanı çıxış edən icra başçısı sakinləri salamlayaraq İmişli rayonu ərazisində aparılan abadlıq-quruculuq işləri, sakinlərin rahatlığının təmin olunması, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Sonra sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib. Sakinləri diqqətlə dinləyən icra başçısı tərəfindən İmişli RİH-nin səlahiyyətləri çərçivəsində həlli mümkün olan məsələlərin yerində araşdırılması və icrası üçün aidiyyəti üzrə tapşırıq və tövsiyələr verilib. Digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.   

Keçidlər