Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 19-da Məmmədli kəndində sakinlərlə səyyar görüş keçirilib

19 sentyabr 2023 | 18:27
   İmişli rayonunda əhalinin problemlərinin həlli məqsədilə mütəmadi olaraq görüşlər keçirilir, ardıcıl tədbirlər görülür. Növbəti belə səyyar qəbul-görüş rayonun Məmmədli və Əlyetməzli kənd sakinləri ilə keçirilib. Görüşdə icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının və əlaqədar xidmət təşkilatlarının rəhbər işçiləri, həmçinin sakinlər iştirak ediblər.
  Qəbul başlamamışdan əvvəl Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı şəhid olan qəhrəmanlarımızın, o cümlədən ötən gün Qarabağda həlak olan polis əməkdaşlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra icra başçısı çıxış edərək bildirib ki, İmişli rayonunda geniş tikinti, abadlıq-quruculuq işləri həyata keçirilir, yeni yollar çəkilir, sosial layihələr reallaşdırılır. İcra başçısı həmçinin dövlətimizin başçısının əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində imzaladığı Fərman və Sərəncamların vətəndaşlarımızın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət etdiyini diqqətə çatdırıb. Sonra sakinlərin müraciətləri dinlənilib. Səyyar qəbulda kənd sakinləri rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərinə görə razılıqlarını ifadə ediblər və mövcud olan bəzi problemlərdən söz açıblar. Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.
Keçidlər