Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz Şöhrət Cabbarovun ailəsi ziyarət olunub

24 iyul 2023 | 14:39
   İyulun 24-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev icra aparatının məsul əməkdaşları ilə birlikdə Vətən müharibəsi şəhidi Cabbarov Şöhrət Əli oğlunun ailəsini ziyarət edib. Ziyarət zamanı ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışan Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub. Şəhid ailələrinə dövlət tərəfindən daim dəstək göstərilir və diqqət mərkəzindədirlər. İcra başçısı həmçinin ailənin qayğı və ehtiyacları ilə yaxından maraqlanıb.
   Məlumat üçün bildiririk ki, İmişli Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailəsinə dəstək məqsədilə yeni tikilən fərdi yaşayış evinə mətbəx mebeli hədiyyə edilib. Süfrə arxasında keçən səmimi söhbət zamanı şəhidimizin atası onlara göstərilən diqqət və qayğıya görə prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailə üzvlərinin adından öz minnətdarlığını bildirib.
Keçidlər