Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Seymur Əzizalıyevin ailəsi doğum günündə ziyarət olunub

27 iyul 2024 | 15:33
   İyulun 27-də İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları lokal antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olan Əzizalıyev Seymur Teyyub oğlunun doğum günündə ailə üzvlərini ziyarət ediblər. Ziyarət zamanı şəhidlərimizin döyüşlərdə göstərdikləri igidliklərdən danışılıb. Tarixi ədalətin Azərbaycanın gücü və dəmir iradəsi ilə bərpa olunduğu diqqətə çatdırılıb, həmçinin Vətən Müharibəsi və antiterror tədbirləri zamanı bizlərə qalibiyyət sevinci yaşatmış şəhidlərimizin əziz xatirələrinin hər zaman ehtiram və minnətdarlıqla anılacağı qeyd olunub. Bununla yanaşı şəhid ailəsinin qayğıları ilə maraqlanılıb. Şəhidimizin ailə üzvləri dövlətimiz tərəfindən göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
   Xatırladaq ki, Seymur Əzizalıyev döyüşdə göstərdiyi igidliklərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
Keçidlər