Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Şahəli Şıxıyevin əziz xatirəsi anılıb

20 oktyabr 2023 | 12:37
  44 günlük Vətən müharibəsində iştirak edən, Azərbaycanın adını ucaldan, böyük Qələbənin qazanılmasında payı olan oğullarımızdan biri də İmişli rayonunun Qaraqaşlı kəndindən olan şəhid Şıxıyev Şahəli Əflatun oğludur. Bu gün şəhidimizin doğulub boya-başa çatdığı Qaraqaşlı kəndindəki ata ocağında 3-cü ildönümü mərasimi qeyd olunub. Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul işçiləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
  Mərasim zamanı icra başçısı şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Bildirib ki, bu gün vətəndaş olaraq hər birimiz Qarabağ torpaqlarının erməni hərbi birləşmələrindən təmizlənməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdarıq, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyirik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalı olduğumuzu diqqətə çatdırıb. Şəhidimizin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə ediblər.
 
   Allah rəhmət eləsin!
Keçidlər