Şəhid Əlnur Gülalıyevin 3-cü ildönümü qeyd olunub
03 oktyabr 2023 | 17:49
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev RİH-nin məsul işçiləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə rayonun Xəlfəli kəndindən olan Vətən müharibəsi şəhidi əsgər Gülalıyev Əlnur Seymur oğlunun 3-cü ildönümü mərasimində iştirak edib. Mərasim zamanı şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, ruhuna dualar oxunub. İcra başçsısı şəhid ailəsi ilə səmimi söhbət zamanı bildirib ki, cəmi 44 gün davam edən Vətən müharibəsində qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara əbədi həkk olunduğunu diqqətə çatdırıb. Həmçinin şəhid ailəsinin qayğı və ehtiyacları ilə maraqlanılıb, yaxınlarına dərin hüznlə başsağlığı verilib.
Allah rəhmət eləsin!