Şəhid Əhliman Mehdiyevin və Alik Musayevin 6-cı ildönümü mərasimləri qeyd olunub
02 oktyabr 2026 | 15:37
Bu gün 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş İmişli rayonunun Sarıxanlı kəndindən olan baş çavuş Musayev Alik Rafiq oğlunun və Məzrəli kəndindən olan əsgər Mehdiyev Əhliman Rəhman oğlunun 6-cı ildönümü mərasimləri qeyd olunub. Mərasimlərdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidimizin doğmaları və sakinlər iştirak ediblər.
Mərasim zamanı şəhidlərimizin əziz xatirələri böyük ehtiramla yad olunub, ruhlarına dualar oxunub. İcra başçısı şəhid ailələrinin qayğı və ehtiyacları ilə maraqlanıb, yaxınlarına dərin hüznlə başsağlığı verib. Şəhidlərimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah rəhmət eləsin!






