Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Əhliman Mehdiyevin və Alik Musayevin 3-cü ildönümü mərasimləri qeyd olunub

02 oktyabr 2023 | 16:21
   Bu gün 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş İmişli rayonunun Məzrəli kəndindən olan əsgər Mehdiyev Əhliman Rəhman oğlunun və Sarıxanlı kəndindən olan baş çavuş Musayev Alik Rafiq oğlunun 3-cü ildönümü mərasimləri qeyd olunub. Mərasimlərdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul işçiləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Mərasim zamanı şəhidlərimizin əziz xatirələri böyük ehtiramla yad olunub, ruhlarına dualar oxunub. İcra başçısı şəhid ailələrinin qayğı və ehtiyacları ilə maraqlanıb, yaxınlarına dərin hüznlə başsağlığı verib, Tanrıdan onlara səbir, dözüm diləyib. Şəhidlərimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
 
     Allah rəhmət eləsin!
Keçidlər