Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Cəmaləddin Nəsirovun anasının yas mərasimi keçirilib

15 oktyabr 2024 | 19:11
  Oktyabrın 15-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Birinci Qarabağ müharibəsi şəhidi Nəsirov Cəmaləddin İlyas oğlunun anası Nərgiz Nəsirovanın yas mərasimində iştirak edib. Mərasimdə rayon rəhbəri ilə yanaşı YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim zamanı icra başçısı yas sahiblərinə İmişli RİH-nin kollektivi və mərasim iştirakçıları adından dərin hüznlə başsağlığı verib, şəhid ailəsinin qayğı və ehtiyacları ilə yaxından maraqlanıb. Şəhid ailələrinə, qazilərə, müharibə əlillərinə, veteranlara və onların ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. Mərhumun ailə üzvləri isə göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə ediblər.
    Allah rəhmət eləsin!
Keçidlər