Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Asim Abbasov, Elşən Cəfərli və Ramin Kərimlinin 5-ci ildönümü mərasimləri qeyd olunub

28 sentyabr 2025 | 13:35
  Sentyabrın 28-də Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan, İmişli rayonunun Hacırüstəmli kəndindən olan Abbasov Asim Rasim oğlunun, Qulubəyli kəndindən olan Cəfərli Elşən Rəfail oğlunun və Qaragüvəndikli kəndindən olan Kərimli Ramin Əli oğlunun anım mərasimləri keçirilib. Şəhidlərimizin qəhrəmanlığı və fədakarlığı xatırlanaraq onların keçdiyi şərəfli döyüş yolu bir daha hörmətlə anılıb. Mərasimlərdə İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, RİH-in məsul əməkdaşları, şəhidlərin doğmaları, yaxınları, sakinlər iştirak ediblər. Mərasim zamanı şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad olunub, ruhlarına dualar oxunub, onların qəhrəmanlığı bir daha vurğulanıb. Şəhid ailələri göstərilən dövlət qayğısından razı qaldıqlarını bildiriblər və minnətdarlıqlarını ifadə ediblər.
 
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Keçidlər