Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid anasının yas mərasimi və Vətən müharibəsi şəhidi Cavidan Məmmədlinin ildönümü qeyd olunub

13 fevral 2024 | 12:29
    Fevralın 13-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə rayonun Mirili kəndindən olan şəhid Rəvayət İsmayılovun anası Ağanisə İsmayılovanın yas mərasimində iştirak edib. Mərasim zamanı icra başçısı yas sahiblərinə şəhid anasının vəfatından kədərləndiyini bildirərək İmişli Rayon İcra Hakimiyyətinin kollektivi və mərasim iştirakçıları adından dərin hüznlə başsağlığı verib, şəhid ailəsinin qayğı və ehtiyacları ilə yaxından maraqlanıb.
    Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanımız Cavidan Məmmədlinin 3-cü ildönümündə də iştirak edən icra başçısı tərəfindən şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, ruhuna dualar oxunub, ailə üzvlərinə səbir dilənilib. Mərasim zamanı qeyd olunub ki, şəhidlərimizin əziz xatirələri bundan sonra da daim əziz tutulacaq və illər keçsə də qəhrəmanlarımız unudulmayacaq. Şəhidimizin ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.
Keçidlər