Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 13 il ötür

13 fevral 2025 | 13:04
   Bu gün ölkəmizin hərb quruculuğuna öz töhfəsini verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13 ili tamam olur. Bu münasibətlə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi, polkovnik-leytenant Elsevər Nağıyev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və xidmət işçiləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər. Sonra İmişli şəhərinin Şəhidlər Xiyabanı ziyarət olunub, şəhid məzarları, şəhidlər kompleksinin qarşısına güllər düzülüb.
   İmişli Rayon İcra Hakimiyyətinin kollektivi adından 13 fevral - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günü ilə bağlı Xidmət işçilərini təbrik edir, onlara möhkəm cansağlığı və fəaliyyətlərində uğurlar arzu edirik! Xidmətin əməkdaşlarının peşəkar fəaliyyəti və vətənpərvərliyi, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsində mühüm rol oynayır. Onların hər birinə cəsarət, səbir, uğurlar və yeni nailiyyətlər diləyirik!
Keçidlər