Sarıxanlı kəndində uşaqlar üçün yeni əyləncə düşərgəsi istifadəyə verilib
21 oktyabr 2024 | 20:03
Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Səyyad Salahlı və YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayevlə birlikdə Sarıxanlı kəndində uşaqlar üçün yenicə istifadəyə verilmiş əyləncə düşərgəsi ilə tanış olub. Düşərgə Sarıxanlı kəndində 1941-1945 Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə salınan parkda quraşdırılıb. İştirakçılar Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasətinin ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəldiyini bildiriblər. Həmçinin, Heydər Əliyev kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uşaqların müdafiəsi sahəsində atılan addımlar, görülən işlər bu ənənələrin hələ uzun illər yaşayacağı və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağı diqqətə çatdırılıb. İştrakçılar yeni istifadəyə verilən əyləncə düşərgəsi münasibətilə uşaqları təbrik edərək onlara sağlam və sevinc dolu həyat, cəmiyyətdə özlərinə layiqli yer tutmalarını arzulayıblar.
Düşərgədə abadlıq işləri görülmüş, uşaqların istirahəti üçün əyləncə və idman qurğuları quraşdırılmışdır.