Sarıxanlı kəndində şəhid anasının yas mərasimində iştirak edilib
21 oktyabr 2025 | 19:22
Oktyabrın 21-də İmişli Rayon İcra Hakimiyyətinin və Rayon Ağsaqqallar Şurasının məsul işçiləri Birinci Qarabağ müharibəsi şəhidi Xəmmədov Elçin Bayram oğlunun anası Zülfinaz Xəmmədovanın yas mərasimində iştirak ediblər.
Mərasim iştirakçıları şəhidin anasının vəfatı ilə bağlı ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, şəhid ailəsinin qayğı və ehtiyacları ilə maraqlanıblar. Mərhumun ailə üzvləri göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Allah rəhmət eləsin!






