Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərlə növbəti səyyar qəbul Mürsəlli kəndində keçirilib

14 iyun 2022 | 15:26

Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin növbəti səyyar görüş-qəbulu Mürsəlli kəndində keçirilib. Rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatları rəhbərlərinin və kənd ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə icra başçısı Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonun sosial-iqtisadi inkişafı ilə bağlı dövlət tərəfindən görülən işlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Xüsusilə kənd təsərrüfatı sahəsində görülən işlərin daha intensiv olduğu, ölkə başçısının müvafiq Sərəncamları ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərdən söhbət açılıb və bütün bunların müsbət nəticələr verdiyi, əhalinin kənd təsərrüfatı işlərinə marağının daha da artdığı, eyni zamanda vətəndaşların məşğulluğuna geniş imkanlar yarandığı diqqətə çatdırılıb.

Görüşdə kənd sakinləri ölkə başçısı tərəfindən onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər. RİH başçısı qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb.

Keçidlər