Şriftin ölçüsü :

Saytın rəngi :

Şahverdili kəndində vətəndaşlarla səyyar görüş keçirilib

02 avqust 2022 | 18:51
      Prezident cənab İlham Əliyevin ölkəmizdə vətəndaşlara göstərdiyi qayğı, bütün işlərdə vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuru üçün örnəkdir. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması dövlət siyasətinin ana xəttini təşkil edir. İmişli rayonunda da ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq əhalinin problemlərinin yerində həlli məqsədilə görüşlər keçirilir. Belə ki, RİH başçısı Elçin Rzayevin növbəti səyyar görüşü bu gün rayonun Şahverdili və Göbəktala kənd sakinləri ilə keçirilib. Görüşdə RİH-nin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
   Qəbul başlamamışdan öncə səyyar-görüş iştirakçıları tərəfindən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Sonra çıxış edən RİH başçısı prezident cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib. Daha sonra icra başçısı sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş edib. Sakinləri diqqətlə dinləyən RİH başçısı onların çoxsaylı suallarını və müraciətlərini cavablandıraraq bəzi məsələlərin həlli ilə bağlı qəbulda iştirak edən səlahiyyətli şəxslərə yerində göstərişlərini, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli üçün isə aidiyyəti qurumlara rəsmi qaydada müraciət olunması ilə bağlı tapşırıqlarını verib. Sakinlər isə öz növbəsində keçirilən görüşə görə razılıqlarını bildiriblər.
Keçidlər