Şriftin ölçüsü :

Saytın rəngi :

Şahverdili kəndində şəhid Fikrət Cəbrayılovun anasının yas mərasimində iştirak edilib

17 fevral 2026 | 13:03
   Fevralın 17-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Birinci Qarabağ müharibəsinin şəhidi Fikrət Cəbrayılovun anası Püstəxanım Cəbrayılovanın yas mərasimində iştirak edib. Rayonun Şahverdili kəndində keçirilən mərasimdə rayon rəhbəri ilə yanaşı, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi, polkovnik Ruslan İsmayılov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim zamanı icra başçısı yas sahiblərinə İmişli RİH-nin kollektivi və mərasim iştirakçıları adından dərin hüznlə başsağlığı verib, şəhid ailəsinin qayğı və ehtiyacları ilə yaxından maraqlanıb. Mərhumun ailə üzvləri isə göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə ediblər.
    Allah rəhmət eləsin!
Keçidlər