Şriftin ölçüsü :

Saytın rəngi :

Şahverdili kəndində 13.02.2024-cü il tarixdə sakinlərlə növbəti səyyar görüş keçirilib

13 fevral 2024 | 17:51
     Fevralın 13-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tərəfindən rayonun Göbəktala və Şahverdili kənd sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirilib. İmişli rayonunun Şahverdili kənd tam orta məktəbində baş tutan görüşdə icra başçısı ilə yanaşı rayonun idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər. Qəbul zamanı çıxış edən icra başçısı sakinləri salamlayaraq səyyar qəbulların keçirilməsinin əsas məqsədinin yerlərdə problemlərin öyrənilməsi, həmçinin həlli istiqamətində lazımi addımların vaxtında atılması ilə əlaqədar olduğunu qeyd edib.
     Daha sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Kənd sakinləri çıxış edərək respublikamızda, İmişli rayonunda, eləcə də rayonun kəndlərində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin müxtəlif mövzularda müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib. Həmçinin qeyd edilən məsələlərin araşdırılması, yerində baxış keçirilməsi və həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Keçidlər