Rəsullu kəndində 14.01.2025-ci il tarixdə vətəndaşlarla səyyar görüş keçirilib
Mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev növbəti səyyar qəbulunu yanvarın 14-də rayonun Rəsullu, Yalavac və Məhəmmədli kənd sakinləri ilə keçirib. Rəsullu kənd tam orta məktəbində təşkil olunan görüşdə kənd sakinləri ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri də iştirak ediblər. Giriş nitqi ilə çıxış edən icra başçısı sakinləri salamlayaraq prezident cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurlardan danışaraq, bu uğurların xalqımızın ən ümdə arzularının gerçəklənməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. Sonra sakinlərin müraciətləri dinlənilib, icra başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin operativ şəkildə həll ediləcəyini, müvafiq qurumların bu istiqamətdə lazımi tədbirləri görəcəyini və sakinlərin rifahı üçün bütün səylərin səfərbər ediləcəyini bildirib.