Şriftin ölçüsü :

Saytın rəngi :

Ramazan bayramınız mübarək!

20 aprel 2023 | 23:03
Əziz həmvətənlər, bacı və qardaşlar!

    Bəşəriyyətin qardaşlıq, humanizm, yardımsevərlik kimi ən ali hisslərini təcəssüm etdirən müqəddəs Ramazan ayı artıq başa çatır. Sizləri, mübarək Ramazan bayramı münasibəti ilə İmişli Rayon İcra Hakimiyyətinin kollektivi adından ürəkdən təbrik edir, hər birinizə can sağlığı, uzun ömür və tutduğunuz orucunuzun Allah dərgahında qəbul olunmasını diləyirik. Bu əziz gündə Uca Tanrıdan cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizə əmin-amanlıq, sosial rifah, xalqımıza sağlamlıq və xoşbəxtlik arzulayırıq. Allah orucunuzu və duallarınızı qəbul etsin.

   BAYRAMINIZ MÜBARƏK OLSUN!
Keçidlər