Şriftin ölçüsü :

Saytın rəngi :

Qızılkənd kəndində vətəndaşlarla növbəti səyyar görüş keçirilib

11 iyul 2023 | 18:58
  İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev əhalinin problemlərinin yerində həlli məqsədilə kəndlərdə mütəmadi olaraq səyyar qəbul-görüşləri keçirilir. Növbəti səyyar qəbul bu gün rayonun Qızılkənd kəndində keçirilib. Səyyar qəbulda icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbər işçiləri də iştirak ediblər.
 Qəbul başlamamışdan öncə icra başçısı çıxış edərək rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Sonra icra başçısı qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti qurumlara həvalə edilib.
Keçidlər