Şriftin ölçüsü :

Saytın rəngi :

Qaravəlili və Mirili kənd sakinləri ilə səyyar görüş keçirilib

20 dekabr 2022 | 18:36
   Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlarına uyğun olaraq İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin 20 dekabr 2022-ci il tarixdə növbəti səyyar qəbulu rayonun Qaravəlili və Mirili kənd sakinləri ilə baş tutub. Görüşdə RİH-nin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.
 Səyyar-görüş iştirakçıları canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirələrini bir dəqiqəlik sükutla yad etdikdən sonra icra başçısı çıxış edərək ölkəmizin artan beynəlxalq nüfuzundan, əldə olunan iqtisadi nailiyyətlərindən, həyata keçirilən infranstuktur layihələrindən söz açıb. Bildirib ki, rayonun bütün yaşayış məntəqələri kimi, Qaravəlili və Mirili kənd sakinləri ilə görüşdə də məqsədimiz sizi dinləmək, təklifləriniz və istəklərinizlə tanış olmaq, onların həyata keçirilməsinə köməklik etməkdir. Sonra qəbula gələn vətəndaşların qaldırdıqları müraciətlər dinlənilib. Müraciətlərin bir hissəsi yerində həll edilib, digər vacib məsələlərin həlli üçün isə əlaqədar qurum və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilərək həlli prosesi nəzarətə götürülüb.
Keçidlər