Şriftin ölçüsü :

Saytın rəngi :

Qaraqaşlı kəndində 21.05.2024-cü il tarixdə vətəndaşlarla səyyar görüş keçirilib

21 may 2024 | 18:14
  Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev mayın 21-də təsdiq edilmiş qrafikə uyğun olaraq rayonun Qaraqaşlı və Mürsəlli kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşünü keçirib. Görüşdə icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.
  Qəbul başlamamışdan öncə icra başçısı sakinləri salamlayaraq bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində əhalinin sosial rifahına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Qeyd edib ki, rayonda keçirilən istər səyyar, istər də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur və vətəndaşlarımızı narahat edən ən kiçik müraciət, problem belə diqqətdən kənarda qalmır. Səmimi söhbət əsasında keçən səyyar qəbul zamanı sakinlər onları narahat edən bir sıra məsələləri qeyd ediblər. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə əlaqədar müvafiq göstərişlər verilib.
Keçidlər