Şriftin ölçüsü :

Saytın rəngi :

Qaralar kəndində vətəndaşlarla səyyar görüş keçirilib

13 iyul 2022 | 19:03

       Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar görüş zamanı rayonun Qaralar və Cavadxanlı kənd sakinlərini qəbul edib. Səyyar qəbul Qaralar kənd tam orta məktəbinin binasında təşkil olunub və burada hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.   
      Qəbul başlamamışdan öncə səyyar-görüş iştirakçıları tərəfindən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Sonra icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin nəticələrini sadalayaraq əldə olunan uğurların xalqımızın xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. O, hər zaman olduğu kimi bugünkü səyyar görüşün də əsas məqsədinin vətəndaşları narahat edən məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar və mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu vurğulayıb. Daha sonra qəbula gələn sakinlər dinlənilib, onları narahat edən məsələlərin və problemlərinin həlli yolu araşdırılıb. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə əlaqədar müvafiq göstərişlər verilib. 

Keçidlər