Şriftin ölçüsü :

Saytın rəngi :

Qaralar kəndində avtomobil yolunda yenidənqurma işləri aparılıb

28 dekabr 2024 | 13:08

   İmişli rayonunun Qaralar kənd qəbiristanlığına gedən avtomobil yolunda əsaslı təmir işləri aparılıb. Belə ki, İmişli-Mirili avtomobil yolunun Qaralar kəndi ərazisindən keçən hissəsində yerləşən küçənin avtomobil yolları uzun illər təmirsiz istismar olunduğundan və təbii faktorların təsirindən deformasiyaya uğramış və dağılmışdı. Bu isə payız-qış mövsümündə avtonəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklərin yaranmasına səbəb olurdu. Artıq sözügedən problem öz həllini tapıb. Belə ki, həyata keçirilən tədbirlər çərçivəsində sözügedən avtomobil yolunda əsaslı təmir işləri aparılıb. Görülən işlər zamanı yolun hərəkət hissəsinə yararlı qrunt tökülüb, xüsusi texnikalardan istifadə olunmaqla kipləşdirmə işləri görülüb, yeni yol yatağı inşa edilib və yola qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi aparılıb. Beləliklə, avtomobil yolunun yenidən qurulması yol boyu yaşayan əhalinin gediş-gəlişini asanlaşdırıb və avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq təmin edilib.

Keçidlər