Şriftin ölçüsü :

Saytın rəngi :

Qaralar kəndində 12.03.2024-cü il tarixdə vətəndaşlarla səyyar görüş keçirilib

12 mart 2024 | 18:37
   İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü rayonun Qaralar və Cavadxanlı kənd sakinləri ilə keçirib. Qaralar kənd tam orta məktəbdə təşkil olunan səyyar qəbulda icra başçısı ilə yanaşı hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.
   Giriş nitqi ilə çıxış edən icra başçısı İmişli rayonunda sakinləri narahat edən problemlərin öyrənilməsi və həllinə nail olmaq məqsədilə mütəmadi olaraq səyyar görüşlər keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, rayonda geniş tikinti, abadlıq-quruculuq işləri həyata keçirilir, yeni yollar çəkilir, sosial layihələr reallaşdırılır və bütün bu tədbirlərin əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir, həmçinin görülən bu məqsədyönlü işlər davamlı xarakter daşıyır. Daha sonra rayon rəhbəri sakinlərdən müraciətlərini səsləndirilmələrini xahiş edib. Kənd sakinləri mövcud olan bəzi problemlərdən söz açıblar. Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli istiqamətində görüləcək tədbirlər müəyyənləşdirilib.
Keçidlər