Qaragüvəndikli kəndində vətəndaşlarla növbəti səyyar görüş keçirilib
Fevralın 14-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tərəfindən Qaragüvəndikli kənd tam orta məktəb binasının akt zalında sakinlərlə səyyar qəbul-görüş keçirilib. Səyyar görüşdə icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulun məqsəd və əhəmiyyətindən söz açan icra başçısı sakinlərlə keçirilən səyyar görüşlərin təməlində vətəndaş məmnunluğunun dayandığını bildirib və bugünkü səyyar görüşün əsas məqsədinin kənddəki mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq olduğunu vurğulayıb. Daha sonra qəbula gələn sakinlər dinlənilib, onları narahat edən məsələlərin və problemlərinin həlli yolu araşdırılıb, icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilib.