Şriftin ölçüsü :

Saytın rəngi :

Qaragüvəndikli kəndində 20.11.2025-ci il tarixdə vətəndaşlarla səyyar görüş baş tutub

20 noyabr 2025 | 19:11
   Vətəndaş müraciətlərinə operativ və obyektiv baxılmasını təmin etmək məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev rayonun aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri ilə birgə yerlərdə səyyar görüşlərini davam etdirir. Bu qəbildən olan növbəti səyyar qəbul noyabrın 20-də rayonun Qaragüvəndikli kəndində təşkil olunub.
   Qəbul zamanı çıxış edən icra başçısı sakinləri salamlayaraq son illərdə İmişli rayonunda aparılan yenidənqurma işləri ilə bağlı sakinlərə ətraflı məlumat verib. Sonra səyyar qəbulda vətəndaşlar dinlənilib. Vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülməsi üçün qeydiyyata alınıb və aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verilib. Görüşün sonunda icra başçısı səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağını və problemlərin mümkün qədər qısa müddətdə həll olunacağını bildirib.
Keçidlər