Qaragüvəndikli kəndində 17.09.2024-cü il tarixdə vətəndaşlarla səyyar görüş baş tutub
17 sentyabr 2024 | 18:48
Vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri ilə birgə yerlərdə səyyar görüşləri davam etdirir. Bu qəbildən olan növbəti səyyar qəbul sentyabrın 17-də rayonun Qaragüvəndikli kəndində keçirilib.
Qəbul zamanı çıxış edən icra başçısı sakinləri salamlayaraq son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən danışıb, sosial layihələrin həyata keçirilməsi, infrastrukturun yenilənməsi ilə bağlı imzalanmış sərəncamlardan söz açıb. Eyni zamanda İmişli rayonunda aparılan yenidənqurma işləri ilə bağlı sakinlərə ətraflı məlumat verib. Sonra səyyar qəbulda vətəndaşlar dinlənilib. Vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülməsi üçün qeydiyyata alınıb və aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib. Görüşün sonunda icra başçısı səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağını bildirib.