Otuzikilər küçəsinin avtomobil yolundakı asfaltlaşma işləri başa çatdırılıb
İmişlinin şəhərdaxili avtomobil yollarında büdcədən ayrılmış vəsait hesabına aparılan əsaslı təmir işləri davam etdirilir. Növbəti əsaslı təmir işləri şəhərin Otuzikilər küçəsinin avtomobil yollarında aparılıb. Əhalinin rahat gediş-gəlişinin təmin edilməsinin və müxtəlifyönlü səmərəli işlərin reallaşmasının vacibliyi nəzərə alınaraq başlanılan yenidənqurma işləri tikinti norma və standartlarına uyğunsürətlə aparılaraq yekunlaşdırılıb. Belə ki, avtomobil yoluna 1800 kv.metr asfalt döşənərək sakinlərin ümumi istifadəsinə verilib.
Qeyd edək ki, İmişlinin şəhərdaxili avtomobil yollarında aparılan bu işlər müntəzəm xarakterlidir.
(Otuzikilər küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)