Şriftin ölçüsü :

Saytın rəngi :

Otuziki kəndində sakinlərlə növbəti səyyar qəbul keçirilib

10 oktyabr 2023 | 19:22
     Əhalini narahat edən problemlərin birbaşa həlli məqsədilə İmişli rayonunun qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbulu müntəzəm olaraq davam etdirilir. Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tərəfindən təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüş rayonun Otuziki, Muradalılı və Nurulu kənd sakinləri ilə keçirilib. Səyyar qəbulda icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.
    Qəbul başlamamışdan əvvəl Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı şəhid olan qəhrəmanlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Giriş nitqi ilə çıxış edən icra başçısı yerlərdə keçirilən səyyar görüşlərin məqsədinin vətəndaşların qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə qaldırılan məsələlərin həllinə nail olunması ilə əlaqədar olduğunu bildirib. Sonra vətəndaşların müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.
Keçidlər