Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən gün İmişlidə autizmli uşaqlar və onların ailələri ilə görüş keçirilib

07 iyul 2022 | 12:40
      Tədbirdən öncə Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədli və Assosiasiyanın vitse-prezidenti, millət vəkili Jalə Əhmədova İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev ilə görüşüb. Görüşdə İmişli rayonunda bu istiqamətdə görülən işlərdən danışılıb, perspektivdə layihələrin icrası və Reabilitasiya mərkəzi üçün xüsusi yerin ayrılması müzakirə olunub. İcra başçısı təklifləri müsbət dəyərləndirərək layihələrin icrasına dəstək olacağını vurğulayıb.
     Daha sonra Azərbaycan Autizm Assosiasiyasının mütəxəsisləri tərəfindən autizmli uşaqlar dəyərləndirilib, valideynlərə məsləhətlər və bu uşaqların həyatında idman təlimlərinin əhəmiyyəti barədə məlumatlar veriblər.
Keçidlər